AZ

Səhərlər qəhvədən imtina edin – Həkimdən ÇAĞIRIŞ

Rusiyalı dietoloq Elena Solomatina insanları yuxudan oyanan kimi qəhvə içməkdən çəkinməyə çağırıb.

Busaat.az xəbər verir ki, o, səhər qəhvə içməyin sağlamlığa necə zərər verə biləcəyindən danışıb.

Solomatina qeyd edib ki, acqarına qəhvə içmək mədənin selikli qişasını qıcıqlandıra, ürək yanmasına səbəb ola bilər, bağırsaq hərəkətliliyini poza bilər və krampları tətikləyə bilər. Bundan əlavə, həkim izah etdi ki, qəhvə oyananda artıq pik həddə olan stress hormonu kortizolun istehsalını stimullaşdırır. Onun fikrincə, bu, böyrəküstü vəzilərə hədsiz stress yarada, hormonal disbalans yarada bilər və pis əhval-ruhiyyəyə səbəb ola bilər.

Daha sonra Solomatina qeyd edib ki, oyandıqdan dərhal sonra qəhvə içmək vərdişi, nəticədə bədənin kofeinə uyğunlaşmasına və onun enerjiverici təsirinin yox olmasına gətirib çıxarır. Diyetoloq oyandıqdan təxminən 30-60 dəqiqə sonra, səhər yeməyindən sonra qəhvə içməyi məsləhət görür.

Yeganə

Seçilən
12
busaat.az

1Mənbələr