Yəməndəki Husilər tərəfindən buraxılan pilotsuz uçuş aparatının (PUA) partlaması nəticəsində İsrailin Eylat şəhərində 22 nəfər yaralanıb.
Bakıvaxtı.az “əş-Şarq əl-Avsət” qəzetinə istinadla xəbər verir ki, yaralılardan ikisinin vəziyyəti ağırdır.
İsrail tərəfinin bəyanatına görə, bu, son günlərdə Yəməndən həyata keçirilən ikinci PUA hücumudur.