Türkiyə Superliqasında birinci turdan təxirə salınmış bir oyun keçirilib.
İdman.biz bildirir ki, "Kayserispor" öz meydançasında "Beşiktaş"ı qəbul edib.
Sergen Yalçının yetirmələri görüşə fəal başlayıblar. Artıq 15-ci dəqiqədə Rafael Silva hesabı açıb - 0:1.
32-ci dəqiqədə Silva özünün və komandasının ikinci qolunu vurub - 0:2.
Biirnci hissəyə artırılmış ilk dəqiqədə Temmi Abraham meydan sahiblərini üçüncü dəfə stadionun mərkəzinə dəvət edib - 0:3.
58-ci dəqiqədə Silva görüşdə üçüncü dəfə fərqlənib - 0:4.
Oyun bu hesabla da başa çatıb. "Beşiktaş" 5 oyundan sonra 9 xalla 9-cu yerdədir.