ABŞ Dövlət katibi Marko Rubio BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşüb.
"Ölkə.az" xəbər verir ki, Rubio Lavrovla söhbətində ABŞ Prezidenti Donald Trampın qətlləri dayandırmaq çağırışını təkrarlayıb.
Dövlət katibi Moskvanın Rusiya-Ukrayna münaqişəsinin uzunmüddətli həlli istiqamətində mühüm addımlar atmasının vacibliyini də qeyd edib.