AZ

Yenə yalnızlığa bürünür ruhum

525.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Cavid MUSA

Hamının arxasıyca birisi gəlir,

Mənim arxamca gələn kölgədir.

O da, işıqlı günlərin yoldaşlığıdır,

Qaranlıq yerlərdə tərk edir məni.

Yenə yalnızlığa bürünür ruhum,

Yenə dərdlərim məni təkləyir,

Bağırır üstümə elə kükrəyir.

Yapışır əlləri çiyinlərimdən,

Hey özünə tərəf əymək istəyir.

Dərdlərim əynimdə bir nimdaş kimi,

Boynumdan asılıb ağır daş kimi.

Allahım içimdən bir dua keçir,

Axı niyə balaca dünya yaratdın?!

Ruhum yer tapmır dolaşmaq üçün.

Bezmişəm dərdlərin köhnələrindən,

Təzə dərd ver mənə savaşmaq üçün.

Təşəkkür edirəm

Təşəkkür edirəm ayaqlarımın səsinə.

Ayaq deyil, ayaq səsi uzaqlara aparır məni

Baxma, bədənimi daşıyarkən yorulur.

Hər addımı bir not

Qəlbimin dərdlərinə sanki nəğmə oxuyur.

Təşəkkür edirəm əllərimin səsinə.

Tək əldən səs çıxmaz deyiblər

İnsanı əlindən tutanı lazım

Çətinə düşdüyüm zaman

öz əlim öz əlimdən tutur.

Təşəkkür edirəm ürəyimin səsinə.

O, mənə yalan demir, yalan danışmır.

O, mənə həqiqəti güman danışmır.

Ağlım qarışır, beynim dayanır

Ürəyimdən gələn səs məni təhlükədən qoruyur.

Bir yığın sıxıntı, problem varkən

Təşəkkür edirəm qulağıma gələn qəfil səsə

Ele bil göydən, səmadan deyildi nəsə.

Təşəkkür edirəm Allahım sənə

Məni böcək də yarada bilərdin

İnsan yaratdın!

Ağac

Yazılan taleyin yükünə bir bax,

Boyuna, buxuna, kökünə bir bax.

Torpağı, suyu, havanı taram

saxlayan Ağac qorxudan tir-tir

Bir dəmir parçasının əlində əsir.

Ömrü gödək kəsilsə belə,

ən uzun ömür canlıdır ağac.

Təbiətin əyilməz qürur sütunu

Ahıyla necə ehtişamlıdır ağac.

Torpağın dərdini çəkir içinə.

Kökü, dərdlərinin ayağlarıdır.

Yayılır sakitcə yerin səthinə

Başına nə qədər dərd açılırsa

Kökü bir o qədər gedir dərinə.

Ətirli, şirəli, rəngli gül-çiçək

Bir igid oğlanın, alagöz qızın

Ruhunu oxşayan, könlünü alan

Məhəbbət dolu eşq bağlarıdır.

Bu yaşıl yurdun meyvələri də

Ağacın doğulan uşaqlarıdır.

Bəziləri çürük çıxır, bəziləri saf

Nə edək bəxtinin qisməti belə,

Dərdləri işləmiş onun geninə,

Kimsə sığal çəkməz balta yerinə.

Yarpaq - dostları, qonaqlarıdır,

Sürüşəcək bir gün torpağa sarı,

Günəşlə savaşda uduzdu yenə

Rəngi abırından olubdu sarı.

Allaha dua edən budaqlarıdır

Qol açıb, gözləyir göyün üzünü.

İnsan da yalvarır yaradanına

Görəsən, kim deyir sözün düzünü?!

Qabığı şeirin varaqlarıdır,

Yazır öz alnına şeirlərini.

İndi də hardasa yaşıl bir ağac

Qovuşdurur yenə sevənlərini.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
70
525.az

1Mənbələr