AZ

Azər Həsrət: “Vaşinqtonun Əfqanıstanda yeni müharibəyə girməsi ehtimalı azdır”

“Əvvəlcə xatırlatmaq lazımdır ki, bu avia bazası SSR-in köməyi ilə tikilib, sonrakı mərhələdə isə ABŞ tərəfindən dağıdılıb və istifadəyə yararsız hala gətirilib. Əfqanıstanda, xüsusilə Baqram avia bazası təmir edilərək yenidən istifadəyə yararlı vəziyyətə gətirilib. Bu, ABŞ-ın orada müəyyən miras haqqına sahib olduğunu göstərir. Məhz buna görə də Trump məsələni gündəmə gətirib. Xatırladaq ki, prezidentliyə başlamamışdan əvvəl də o Panama kanalı ilə bağlı Amerikaya təslim edilməli olduğunu vurğulayırdı. Daha sonra Panama və Çin məsələləri həll olunduqdan sonra ABŞ həmin məsələdə əvvəlki sərtliyini göstərmir”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Xatırladaq ki, Əfqanıstan hökuməti ABŞ Prezidenti Donald Trampın Baqram avia bazasının Vaşinqtona verilməsi ilə bağlı çağırışını rədd edib. Rəsmi Kabil bazanı ölkənin ayrılmaz hissəsi sayır və onun müzakirə mövzusu olmadığını açıqlayıb. Bu məsələ ABŞ-la Əfqanıstan arasında mümkün hərbi qarşıdurma ehtimallarına dair iddiaları gücləndirib.

Siyasi şərhçi bildirib ki, avia bazası ilə bağlı da oxşar vəziyyət müşahidə olunur.

“ABŞ bazaya dair iddia irəli sürüb və Əfqanistan hakimiyyəti ilə müzakirələr aparılacaq. Ola bilər ki, əsas istəkləri fərqlidir; sadəcə bunu şərt kimi qoyaraq Talibanı masa arxasına gətirmək istəyirlər. Yaxın zamanda Əfqanistanla bağlı yeni gəlişmələr gözlənilir. Lakin ABŞ-ın yeni müharibəyə girməsi ehtimalı azdır. Donald Trump açıq şəkildə bildirib ki, ABŞ müharibələri başlatmayan, onları bitirən hakimiyyətdir. Onun prezidentliyi dövründə faktiki olaraq yeni müharibələr başlanmır. Təbii ki, İsrailin İrana hücumu istisnadır, amma ümumi qlobal səviyyədə Amerika yeni müharibələr başlatmaq niyyətində deyil”.

Rəfiqə Namazəliyeva,

AzNews.az

Seçilən
24
aznews.az

1Mənbələr