AZ

“Qarabağ”dakı Pedro: “Bura qısa müddətdə uyğunlaşmaq elə asan deyil”

“Qarabağ”ın yayda “Palmeyras”dan transfer etdiyi Pedro Bikalyo ölkəsi Braziliya mətbuatına maraqlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, 3 aydır Bakıda olan 24 yaşlı yarımmüdafiəçi Azərbaycan barədə müsbət fikirlər səsləndirib.

Braziliyalı futbolçu hazırda uyğunlaşma dönəmindən keçdiyini bildirib: “Qısa müddətdə uyğunlaşmaq elə asan deyil.

Çünki Braziliya ilə 7 saatlıq fərq var. Ailəmlə, övladımla danışmaq üçün vaxt məhdud olur. Amma uyğunlaşma mərhələsi əla gedir. Çox sakit və yaşamaq üçün yaxşı ölkədir”.

Seçilən
20
sportinfo.az

1Mənbələr