AZ

Migel Anxel Moratinos: İnsanlar BMT-dən məyus olurlar

"İnsanlar BMT-dən məyus olurlar, çünki onlar BMT-nin problemləri həll etməsini gözləyirlər".

APA-nın Nyu-Yorka ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu BMT Baş katibinin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Migel Anxel Moratinos BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Çoxtərəflilik yol ayrıcında: Çağırışlar və sülhə gedən yol" adlı yan tədbirdə çıxışı zamanı deyib.

Migel Anxel Moratinos deyib ki, 1945-ci ildən sonrakı dövrlərdə biz bir ölkə və ya 25 ölkə arasında ikiqütblü dünyada yaşamağa öyrəşmişdik: "Bu dövrdə çoxtərəfli əməkdaşlıq üçün effektiv alətlər mövcud idi. Amma bu gün vəziyyət fərqlidir, biz artıq bipolyar deyilik və çoxqütblü də deyilik. Bu səbəbdən indi biz, əslində, çoxqütblü dünyanı çoxqütblü çərçivədə idarə etməliyik. Bu, həm də maliyyə və resurs baxımından məsuliyyət tələb edir. Çünki artıq dünyada yeni mühüm aktyorlar var və gələcəkdə daha da çox olacaq. Biz buna uyğunlaşmalıyıq və bunun fərqindəyik. Bu mənada, ilk narahatlığımız prosesin düzgün istiqamətdə olması olmalıdır. İslahatlar aparılarkən nə etməli olduğumuzu düşünməliyik. Mən hesab edirəm ki, BMT baş katibi bu uyğunlaşma prosesini başlatmağa çalışır və hazırda bu istiqamətdə müəyyən addımlar atılıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
11
2
olaylar.az

3Mənbələr