AZ

"Max" məxfilik üçün real təhlükədir - XƏBƏRDARLIQ

Rusiya hakimiyyətinin təqdim etdiyi "milli" "Max" sosial şəbəkəsi ekspertlər tərəfindən mənfi qarşılanıb.

Musavat.com xəbər verir ki, internet azadlığı sahəsində çalışan "RKS Global" komandası "milli messencer" adlandırılan "Max" tətbiqini "iPhone" və "Android" (Google Pixel) telefonlarında test edərək onun təhlükəsizlik səviyyəsini araşdırıb.

Ekspertlər tətbiqin hansı hallarda hansı icazələri istədiyini, onlardan necə istifadə etdiyini, icazəsiz nələrə müdaxilə edə biləcəyini və serverlərlə necə əlaqə saxladığını izləyiblər. İki günlük test zamanı əvvəlcə bütün icazələr verilib (kamera, mikrofon, kontaktlar, geolokasiya, zənglər, fayllar, foto və video). Daha sonra isə bütün icazələr geri alınıb və tətbiqin davranışı izlənib.

İki gün ərzində icazəsiz girişlər qeydə alınmayıb: nə kameraya, nə mikrofona, nə də geolokasiya, foto və digər məlumatlara. İcazələr geri alındıqdan sonra tətbiq onları yenidən tələb etməyib, gizli şəkildə də əldə etməyə çalışmayıb. Texniki olaraq belə imkanlar mövcud olsa da, müşahidə müddətində tətbiqin bu funksiyalardan istifadə etdiyi aşkar olunmayıb.

Ekspertlərin qənaətinə görə, hazırda "Max" istifadəçiləri avtomatik izləməyə məruz qalmır.

Bununla belə, ekspertlər xəbərdarlıq edirlər ki, fərqli regionlarda tətbiq fərqli davranış göstərə bilər. Üstəlik, zaman keçdikcə "Max" əlavə icazələr istəyə və ya icazəsiz məlumat toplamağa başlaya bilər. İstənilən halda istifadəçilərin IP ünvanı qeydə alınır ki, bu da təxmini geolokasiyanı müəyyən etməyə imkan verir və SORМ sistemi vasitəsilə güc strukturlarına ötürülə bilər.

"RKS Global" buna görə istifadəçilərə xəbərdalıq da edib. Qurumun ekspertlərinin rəyinə əsasən, "Max" üzərindən məxfi yazışma və ya həssas sənəd göndərmək təhlükəlidir, bütün məlumatların dövlət orqanlarının nəzarətinə açıq olması ehtimalı yüksəkdir. Tətbiqin davranışı istənilən an dəyişə bilər - daha çox icazə tələb etmək, gizli məlumat ötürmək və s.

İmkan daxilində təhlükəsiz alternativlərdən (Google Meet, FaceTime, Jitsi, Zoom) istifadə etmək və ya "WhatsApp" və "Telegram" kimi messencerlərə VPN vasitəsilə giriş bərpa etmək tövsiyə olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
1
olaylar.az

10Mənbələr