AZ

Baş direktor: ÜST və BMT mükəmməl deyil, lakin alternativ yoxdur

Nyu-York, 24 sentyabr, AZƏRTAC

Nə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), nə də mənsub olduğu Birləşmiş Millətlər Təşkilatı (BMT) mükəmməldir, lakin alternativ yoxdur.

AZƏRTAC-ın məlumatına görə, bunu ÜST-nin baş direktoru Tedros Adhanom Gebreyesus BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Çoxtərəflilik yol ayrıcında: Çağırışlar və sülhə gedən yol” adlı yan tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, bu qurumlar olmasa, dünya daha təhlükəli, parçalanmış bir yer olardı. “ÜST olmadan nələrin əskik olacağını düşünün. Virusların sərhədlərə “hörmət etmədiyi” bir dünyada epidemiyaları kim izləyəcək və qlobal reaksiyanı əlaqələndirəcək? COVID-19 pandemiyası zamanı şahidi olduğumuz peyvənd bərabərsizliyi ÜST-nin üzvü olduğu yaxın tərəfdaşlıq olmasaydı, daha pis olardı. Təkcə virusa görə deyil, xaos və bərabərsizlik səbəbindən milyonlarla artıq insan öləcəkdi”,- deyə baş direktor əlavə edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Nyu-York

Seçilən
68
2
azertag.az

3Mənbələr