AZ

İqtisadiyyat naziri: Sumqayıtda elektrik avtobusları istehsal ediləcək

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin "BYD" şirkətinin Kommersiya nəqliyyat vasitələri şöbəsinin baş direktoru Tien Çunlon ilə görüş keçirib.

Oxu.Az xəbər verir ki, bu barədə nazir "X" sosial şəbəkə hesabında paylaşım edib.

Nazir bildirib ki, görüş zamanı ölkəmizlə biznes tərəfdaşlığı üzrə yeni imkanlar, təcrübə və bilik mübadiləsi sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.

"Yeni istehsal sahələrinə investisiya qoyuluşunun əlavə dəyər zəncirinin inkişaf etdirilməsində əhəmiyyətini vurğuladıq. Sumqayıt Sənaye Parkında reallaşdırılan elektrik avtobuslarının istehsalının lokallaşdırılması layihəsi üzrə görülən işləri və qarşıdakı dövr üçün hədəfləri nəzərdən keçirdik", - deyə o, qeyd edib.

Çinin "BYD" (@BYDGlobal) şirkətinin Kommersiya #nəqliyyat vasitələri şöbəsinin baş direktoru Tien Çunlon ilə görüşümüzdə ölkəmizlə #biznes tərəfdaşlığı üzrə yeni imkanları, təcrübə və bilik mübadiləsi sahəsində əməkdaşlıq perspektivlərini müzakirə etdik.Yeni istehsal sahələrinə… pic.twitter.com/YnC4ZvekYK

— Mikayil Jabbarov (@MikayilJabbarov) September 24, 2025

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
36
1
oxu.az

3Mənbələr