AZ

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü - FOTO

BAKI, 24 sentyabr. TELEQRAF

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov pakistanlı həmkarı Məhəmməd İshaq Darla Nyu-Yorkda görüşüb.

Teleqraf xəbər verir ki, nazir bu barədə "X" hesabında paylaşım edib.

"80-ci BMT Baş Assambleyası çərçivəsində həmkarım və qardaşım Pakistanın xarici işlər naziri Mohammad İshaq Dar ilə görüşməkdən məmnun oldum. Azərbaycan və Pakistan möhkəm dostluq və tərəfdaşlıq münasibətləri ilə bağlıdır", - paylaşımda deyilir.

Seçilən
22
2
teleqraf.com

4Mənbələr