AZ

"Alibaba" səhmləri son 4 ilin rekordunu vurub

Müəllif: Tamara Mustafayeva, Banco.az

"Alibaba" səhmləri son 4 ilin rekordunu vurub.

Banco.azxəbər verir ki, “Alibaba Group Holding”in səhmləri şirkətin süni intellekt yatırımlarını 50 milyard dollarlıq ilkin hədəfinin üzərinə çıxarma planlarını açıqlamasının ardından son dörd ilin ən yüksək səviyyəsinə qalxıb.

“Alibaba”nın baş direktoru Eddi Vu qlobal miqyasda süni intellekt yatırımlarının qarşıdakı beş ildə 4 trilyon dollara çatacağını proqnozlaşdırır. O, “Alibaba”nın da bu sürətə uyğunlaşmalı olduğunu vurğulayıb.

Vu fevral ayında üç il ərzində süni intellekt modelləri ilə infrastrukturunu inkişaf etdirmək üçün 380 milyard yuanlıq (53 milyard dollar) planlarını genişləndirəcəklərini açıqlamışdı.

O, çərşənbə günü Hangzhouda keçirilən bir konfransda belə deyib:
“Sektorun böyümə sürəti gözləntilərimizi çoxdan geridə qoyub. AI infrastrukturuna tələbat da proqnozlarımızdan qat-qat yüksəkdir. Bu səbəbdən 380 milyard yuanlıq AI infrastruktur investisiyasını aktiv şəkildə davam etdiririk və üzərinə yeni yatırımlar əlavə etməyi planlaşdırırıq.”

Bu açıqlamalardan sonra “Alibaba”nın səhmləri Honkonqda 7,2 faiz, Çinli çip istehsalçılarından “ACM Research” (Shanghai) 15 faiz, “NAURA Technology Group” isə 10 faiz dəyər qazanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
7
1
banco.az

2Mənbələr