Ukraynada hesabat turu “Dinamo”nun ardıcıl 2-ci oyunda xal itirməsi ilə əlamətdar oldu.
“Aleksandriya” ilə oyunun artıq 13-cü saniyəsində qapısında qol görən kiyevlilər oyunun axarında dönüş yaratmağı, hətta irəli çıxmağı da bacardılar. Ancaq qonaqlar 86-cı dəqiqədə hesabı bərabərləşdirə bildi. Ardıcıl 2-ci 2:2 “Dinamo”nun vahid lider statusunu itirməsi ilə nəticələndi. İndi “Kolos”la “Şaxtyor” da zirvəyə şərikdi. Donetsk klubu dünən “Zarya”nı İzakinin 87-ci dəqiqədə vurduğu qolla məğlub etdi.
Turun qalan oyunlarına gəlincə, “Polesye” elitanın debütantı “Kudrovka” üzərində inamlı qələbə qazandı. Sönük, heç nə ilə yadda qalmayan “Kolos” – “Veres” oyunu qolsuz bitdi. LNZ ilə qarşılaşan “Rux” ardıcıl 5-ci oyunda uduzdu. “Episentr”i məğlub edən “Krivbass” liderlər qrupuna yaxınlaşdı. “Karpatı” mövsümdə ilk qələbəsini “Obolon” üzərində qazandı. “Metallist 1925” səfərdə “Poltava”dan üstün oldu.
6-cı tur
Dinamo – Aleksandriya 2:2
Brajko, 40. Pixalenok, 63-p. – Buletsa, 1. Tuati, 86.
Dinamo: Morqun, Karavayev, Mixavko, Belovar, Dubinçak, Brajko, Pixalenok (Buyalski, 77), Voloşin (Yatsık, 85), Şaparenko, Şola (Yarmolenko, 77), Gerrero (Blenutse, 46).
Şaxtyor – Zarya 1:0
İzaki, 87.
Şaxtyor: Riznık, Pedro Enrike, Matviyenko, Bondar, Azarov (Qomes. 54), Konoplya, Krıskiv (Nazarina, 80), Pedrinyo, Bondarenko (Ferreyra, 73), Oçeretko (İzaki, 55), Elias (Meyrelles, 73).
Kolos – Veres 0:0
Polesye – Kudrovka 2:0
Veleten, 56. Qayduçik, 82.
Poltava – Metallist 1925 0:2
Pavlyuk, 37. Litvinenko, 71.
LNZ – Rux 1:0
Prosper, 32.
Episentr – Krivbass 4:5
Xoakin, 7. Supryaqa, 11. Sıdun, 79. Boryaçuk, 89 – Mendosa, 3; 39. Tverdoxleb, 25. Paraxo, 46. Mikitişin, 66.
Obolon – Karpatı 0:2
Lomnitski, 5-öz qapısına. Baboqlo, 51.
1. Dinamo 6 4 2 0 18-7 14
2. Şaxtyor 6 4 2 0 10-4 14
3. Kolos 6 4 2 0 8-3 14
4. Krivbass 6 4 0 2 13-10 12
5. Metallist 1925 6 3 2 1 9-4 11
6. LNZ 6 3 1 2 5-6 10
7. Polesye 6 3 0 3 6-7 9
8. Obolon 6 2 2 2 6-7 8
9. Karpatı 6 1 4 1 9-9 7
10. Zarya 6 2 1 3 9-9 7
11. Veres 6 2 1 3 4-4 7
12. Kudrovka 6 2 1 3 9-10 7
13. Aleksandriya 6 1 1 4 8-13 4
14. Poltava 6 1 1 4 5-12 4
15. Episentr 6 1 0 5 6-12 3
16. Rux 6 1 0 5 4-12 3
Bombardir: Budkovski (Zarya) – 4.
Növbəti turun oyunları sentyabrın 26-29-u aralığında keçiriləcək: Kudrovka – Episentr, Aleksandriya – Poltava, Zarya – Obolon, Karpatı – Dinamo, LNZ – Krivbass, Metallist 1925 – Kolos, Rux – Şaxtyor, Veres – Polesye.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta