AZ

"Tramp BMT-ni ABŞ-nin nüfuzunu zəiflədən qurum kimi görür" -

ABŞ prezidenti Donald Tramp BMT-nin 80 illiyinə həsr olunmuş xüsusi sessiyada sərt və diqqətçəkən çıxış edib. Metbuat.az xəbər verir ki, Tramp BMT-ni qlobalist miqrasiya gündəliyini təbliğ etməkdə ittiham edib və təşkilatın həyata keçirdiyi proqramların Qərb ölkələrinə ciddi zərər verdiyini bildirib. O, çıxışında dünyanı sərhədləri bağlamağa, “açıq sərhəd təcrübəsini” isə dərhal dayandırmağa çağırıb. Tramp, həmçinin Avropa liderlərini birbaşa hədəf alaraq, miqrasiya siyasəti səbəbilə öz miraslarını məhv etməkdə ittiham edib. Məsələyə münasibət bildirən siyasi analitik Neil Vatson Metbuat.az-a açıqlamasında deyib ki, Tramp bu çıxışı ilə həm diqqətləri üzərinə çəkmək, həm də BMT-nin uzun illərdir qlobal proseslərdə həlledici rol oynaya bilmədiyini göstərmək istəyir:Hizbullahın
“ABŞ BMT-nin yaradılmasında mühüm rol oynayıb, lakin Tramp administrasiyası dövründə bu dəstək zəiflədildi. BMT-də yekdilliyin olmaması onun çevik addımlar atmasına mane olur və təşkilat tədricən başqa qurumlar tərəfindən əvəzlənir. Tramp psixologiyasında bir sabit məqam var. Bu onun nəhəng eqosudur. O, istəyir ki, tarix onu böyük, praqmatik bir sülhpərvər və dünya səhnəsində Amerikanın üstünlüyünü gücləndirən şəxs kimi xatırlasın”. N. Vatson əlavə edib ki, Tramp BMT-ni bu nüfuzu zəiflədən qurum kimi görür və iddialarının tam reallaşmamasına baxmayaraq, bütün uğurları və siyasi dividendləri özünə və ABŞ-nin maraqlarına yönəltmək istəyir. Məsələn, onun vasitəçiliyi ilə əldə olunan Azərbaycan–Ermənistan razılaşması sülh müqaviləsi ilə nəticələnməsə də, Tramp bu prosesdən maksimum siyasi dividend qazanmağa çalışıb.

Gülbəniz Hüseynli / Metbuat.az

Seçilən
94
50
metbuat.az

10Mənbələr