AZ

ABŞ-də haqsız yerə həbs edilən şəxsə 25 milyon dollar təzminat ödəniləcək

ABŞ-nin Kaliforniya ştatında, qətl ittihamı ilə təxminən 38 il həbsdə qaldıqdan sonra günahsız olduğu ortaya çıxan Maurice Hastingsə 25 milyon dollar təzminat ödənilməsinə qərar verilib.

"Cebheinfo.az" “NBC News” telekanlına istinadən xəbər verir ki, 1983-cü ildə Roberta Vydermyerın cinsi təcavüzə məruz qaldıqdan sonra başından tək güllə ilə öldürülməsi ilə bağlı işdə ömürlük həbs cəzasına məhkum edilən Hastingsin “günahsızlıq” iddiası əsasında dəlillər 2021-ci ildə yenidən araşdırılıb.

Öldürülən qadının otopsisindən götürülən bioloji dəlillərin 2000-ci ildə DNT testinə göndərilməsi istənilsə də, həmin vaxt bu tələb rədd edilmişdi.

Son araşdırmalarda dəlillərdəki DNT nümunələrinin Hastingsə aid olmadığı ortaya çıxınca, məhkəmə onun günahsız olduğuna hökm edib.

Beləliklə, 38 il günahsız yerə həbsdə qaldığı müəyyən edilən Maurice Hastingsə 25 milyon dollar təzminat ödənilməsinə qərar verilib.

Bu məbləğ isə ştat tarixində ən böyük haqsız məhkumiyyət təzminatı kimi qeydə alınıb.

Qətllə bağlı DNT nümunələri isə 1983-cü ildə oxşar bir cinayətə görə həbs olunan və 2020-ci ildə həbsxanada ölən Kenneth Packnett adlı şəxsə aid çıxıb.

Bununla belə, Packnett həbs olunanda qurbana məxsus əşyaların yanında tapılmasına baxmayaraq, cinayətlə bağlı heç vaxt araşdırılmadığı bildirilib.

Məsələ ilə bağlı mətbuata danışan Hastings deyib:

“Həyatımın 38 ili əlimdən alındı. Heç bir pul bunu geri qaytara bilməz, amma bu razılaşma çox uzun bir yolçuluğun sonudur”.

Seçilən
0
1
cebheinfo.az

2Mənbələr