BAKI, 24 sentyabr. TELEQRAF
ABŞ Federal Təhqiqat Bürosunun (FTB) əməkdaşları Donald Trampın milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Boltonun ofisində gizli sənədlər aşkarlayıb.
Teleqraf xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
Bildirilib ki, axtarış zamanı “məxfi” və “gizli” başlıqlı bir neçə qovluq və sənəd tapılıb. "The Washington Post"un yazdığına əsasən, sentyabrın əvvəlində FTB Boltonun evində və ofisində axtarış apararaq kompüterləri, telefonları və sənədləri götürüb. Onun gizli məlumatları icazəsiz saxlamaqda, casusluq haqqında qanunu pozmaqda və milli müdafiə ilə bağlı informasiyanı qanunsuz ötürməkdə şübhəli bilindiyi bildirilir.
Nəşr qeyd edir ki, götürülən sənədlərin bir hissəsində “Tramp I–IV” yazıları olub. Əgər ittihamlar irəli sürülərsə, Bolton 10 ilədək həbs cəzası ala bilər.