AZ

“Trampın autizm barədə söylədikləri elmi əsası olmayan yanaşmadır”

ain.az bildirir, Yeniavaz portalına istinadən.

ABŞ Prezidenti Donald Tramp və ölkənin baş cərrahı hamiləlik zamanı parasetamol qəbulunun uşaqlarda autizm riskini artırdığını iddia ediblər.

Yeniavaz.com DW-yə istinadən xəbər verir ki, alimlər bu fikirlə razılaşmır.

Avropa Dərman Agentliyi (EMA) yayımladığı bəyanatda bildirib ki, mövcud sübutlar parasetamol istifadəsi ilə autizm arasında əlaqəni təsdiqləmir. EMA əlavə edib ki, parasetamol hamiləlik dövründə qəbul edilə bilər. Amma bu, yalnız zəruri hallarda, minimum dozada və qısa müddət ərzində olmalıdır.

Milli Otistik Cəmiyyət isə bu iddiaları əsassız adlandırıb. Qurumun sözlərinə görə, bu mövzu bəzi şəxslər tərəfindən “saxta xəbərlər” üzərindən özünüreklam məqsədilə istifadə olunur.

Cəmiyyətin nümayəndəsi Tim Nikolls deyib: “Tramp və Kennedinin autizm barədə söylədikləri laqeyd və elmi əsası olmayan yanaşmadır. Onlar böyük maliyyə resurslarını autizmli insanların və ailələrinin həyatını yaxşılaşdırmağa yönəltsəydilər, daha faydalı olardı”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
yeniavaz.com

1Mənbələr