Bakı. Trend:
Prezident İlham Əliyevin Nyu-Yorkda BMT-nin Baş Assambleyasının80-ci sessiyasında iştirakı Azərbaycanın beynəlxalq nüfuzunun vəqlobal proseslərdə artan rolunun bariz nümunəsidir. Səfər zamankeçirilən mühüm görüşlər Azərbaycanın beynəlxalq siyasətdənüfuzunun artdığını nümayiş etdirən mühüm hadisə kimi tarixədüşür.
Bunu Trend-əaçıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, dövlət başçısının dünya liderləri, dövlətvə hökumət başçıları, beynəlxalq təşkilatların rəhbər şəxsləri vəiri qlobal şirkətlərin rəhbərləri ilə keçirdiyi çoxsaylı görüşlərbir daha təsdiq edir ki, Azərbaycan regionun sərhədlərini aşaraqbeynəlxalq münasibətlər sistemində mühüm tərəfdaş kimi çıxışedir.
A.Həsənova vurğulayıb ki, Azərbaycanın beynəlxalq müstəvidəmövqeyinin möhkəmlənməsi təsadüfi deyil: “Azərbaycan hər zaman həmregional, həm də qlobal miqyasda sülhün və təhlükəsizliyin təminolunmasına mühüm töhfələr verib. Azərbaycanın müəllifi olduğu mühümtəşəbbüslər təkcə ölkəmizin maraqlarını deyil, həm də bütünregionun sabitliyini və inkişafını hədəfləyir. Bu gün Azərbaycanqlobal çağırışlara çevik reaksiya verən, təşəbbüsləri iləbeynəlxalq gündəliyi zənginləşdirən ölkə kimi tanınır. Sülh vətəhlükəsizlik məsələlərinə verdiyi töhfələr, münaqişələrin həllindənümayiş etdirdiyi prinsipial mövqe ölkəmizi etibarlı tərəfdaş kimiön plana çıxarır. Bu baxımdan Prezident İlham Əliyevin çıxışları vəgörüşləri dünya ictimaiyyəti üçün mühüm siqnal oldu”.
Deputat əlavə edib ki, görüşlərdə müzakirə olunan məsələlərarasında dünyamızın gələcəyi üçün strateji əhəmiyyət daşıyan yaşılenerji mövzusu da xüsusi yer tutub: “Azərbaycan tərəfindən irəlisürülən yaşıl enerji təşəbbüsləri yalnız milli inkişaf planı deyil,həm də qlobal iqlim gündəliyinin bir hissəsidir. 2024-cü ildəCOP29-a ev sahibliyi etməsi ilə ölkəmiz beynəlxalq ictimaiyyətəsübut etdi ki, enerji keçidi prosesində etibarlı tərəfdaş vəaparıcı mərkəz ola bilər. Keçirilən görüşlər də Azərbaycanınbərpaolunan enerji bazarında güclənən rolunu, həmçinin Avropanınenerji təhlükəsizliyinə verdiyi töhfəni bir daha ortaya qoydu”.
A.Həsənova əlavə edib ki, eyni zamanda, qlobal şirkətlərinrəhbərləri ilə aparılan danışıqlar Azərbaycanın iqtisadi mühitininsabitlik və etibarlılıq üzərində qurulduğunu göstərir: “Xariciinvestorların diqqəti ölkəyə yeni texnologiyaların gətirilməsinə,innovativ layihələrin reallaşmasına, iqtisadiyyatınşaxələndirilməsinə yol açacaq.
Nəticə etibarilə, Prezident İlham Əliyevin BMT BaşAssambleyasında iştirakı Azərbaycanın beynəlxalq imicinimöhkəmləndirməklə yanaşı, həm də yeni əməkdaşlıq üfüqləri açır. Bu,Azərbaycanın həm siyasi, həm də iqtisadi sahədə artan nüfuzunun vəqlobal proseslərə təsir imkanlarının daha da genişləndiyinin əyanisübutudur”.