AZ

Bessent: ABŞ Ukraynaya qoşun göndərməyəcək

"ABŞ heç bir halda öz hərbi kontingentini Ukraynaya göndərməyi planlaşdırmır".

Teleqraf xəbər verir ki, bunu ABŞ Maliyyə naziri Skott Bessent “Fox News”a açıqlamasında deyib.

“Rusiya artıq NATO sərhədlərində görünməyə başlayıb. Bu halda deyə bilərəm ki, ABŞ heç bir hərbi əməliyyata, yaxud bununla bağlı vəziyyətə qarışmayacaq”, – Bessent bildirib.

Nazir əlavə edib ki, Vaşinqton Avropa ölkələrinə silah satmağa hazırdır və bu silahların bir qismi Ukraynaya ötürülə bilər.
Seçilən
3
1
sherg.az

2Mənbələr