Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Türkiyə, Pakistanvə Banqladeşin nümayəndə heyətləri ilə görüşlər keçirilib.
Trend xəbərverir ki, bu görüşlərdə ölkələrimiz arasında əmək, məşğulluq vəsosial müdafiə sahələrində ikitərəfli əlaqələr barədə fikirmübadilələri aparılıb, gələcək əməkdaşlıq məsələləri müzakirəolunub.
Türkiyənin əmək və sosial müdafiə nazirinin müavini LütfihakAlpkanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş zamanı nazirAnar Əliyev ölkələrimiz arasında dostluq və qardaşlıqmünasibətlərinə əsaslanan əməkdaşlığın sosial sahədə də əlaqələringenişlənməsinə imkan yaratdığını diqqətə çatdırıb.
L.Alpkan ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın ildən-iləgenişlənməsindən məmnunluğunu ifadə edib, bu əlaqələrin gələcəkinkişafı üçün səylərin qarşıdakı dövrdə də davam etdiriləcəyinibildirib.
Görüşdə Nazirliklər arasında əməkdaşlıq üzrə Birgə DaimiKomissiyanın fəaliyyəti barədə fikir mübadilələri aparılıb, gələcəkəməkdaşlıq istiqamətləri müzakirə olunub.
Pakistan İslam Respublikasının xaricdə yaşayan pakistanlılarlaiş və insan resurslarının inkişafı üzrə federal naziri Çaudri SalikHüseynlə görüşdə Azərbaycan-Pakistan ənənəvi dostluq və əməkdaşlıqmünasibətlərinin dövlət başçılarının birgə səyləri ilə uğurlainkişaf etdiyi qeyd olunub.
A.Əliyev dostluq və əməkdaşlıq əlaqələrimizin mövcudsəviyyəsindən məmnunluğunu bildirib, bu əməkdaşlığın daha dagenişlənəcəyinə əminliyini ifadə edib.
S.H.Çaudri DOST Konsepsiyasının Pakistanda tətbiqi üçünölkəmizin təcrübəsini öyrənməyə maraqlı olduqlarını bildirib.
Nazirliklər arasında Anlaşma Memorandumunun həyata keçirilməsinədair növbəti dövr üçün Tədbirlər Planının hazırlanması məsələsinəzərdən keçirilib.
Banqladeş Xalq Respublikasının əmək və məşğulluq naziri MuhammadSakhavat Hussainlə görüşdə ölkələrimiz arasında dostluq vəqarşılıqlı hörmətə əsaslanan münasibətlərin inkişafına böyük önəmverildiyi diqqətə çatdırılıb.
Beynəlxalq təşkilatlar, o cümlədən İƏT və Qoşulmama Hərəkatıçərçivəsində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyivurğulanıb.
M.S.Hussain İƏT-in Əmək Mərkəzinin Bakıda keçirilən iclasınınəhəmiyyətini qeyd edib, ölkələrimiz arasında əməkdaşlıqəlaqələrinin genişlənməsində maraqlı olduqlarını bildirib.