AZ

Adnan Əhmədzadənin həbsində hüquqi və siyasi mesajlar: Elə məqamlar açıqlandı ki…

Ötən günlərdə həbs edilən Adnan Əhmədzadə ilə bağlı yayılan məlumatlar geniş rezonans doğurub.

NOCOMMENT.az xəbər verir ki, mövzunu siyasi şərhçi İlyas Hüseynov KONKRET.az-a şərh edib. Onun sözlərinə görə, Adnan Əhmədzadənin həbsi Azərbaycan hakimiyyəti tərəfindən həm hüquqi, həm də siyasi mesaj kimi qiymətləndirilə bilər. Ötən on illər ərzində dövlətə xəyanət edən vəzifə səlahiyyətlərindən yararlanan şəxslərin həbslərinə rast gəlinib. Bu siyahıya nazirlər, deputatlar, icra başçıları və nüfuzlu iş adamları daxildir.

“Son günlər medianın diqqət mərkəzində olan Adnan Əhmədzadənin həbsi ilə bağlı istintaq və məhkəmə prosesləri onun bütün cinayət əməllərini ortaya çıxaracaq. Əgər barəsində qaldırılan məsələlər təsdiqini tapsa, bu, onun böyük xəyanət əməllərində iştirakını sübut edəcək”, – Hüseynov bildirib.

Siyasi şərhçi həmçinin vurğulayıb ki, Azərbaycan qeyri-neft sektoruna ciddi diqqət ayırsa da, neft və qaz satışları strateji əhəmiyyət kəsb edir və bu sahədə qanunsuz əməllərə yol verən şəxslərin ölkənin biznes və korporativ maraqlarına ciddi zərər vurma ehtimalı var.

“Bu hadisə həm də vəzifədə olan, qanunsuz və korrupsiyaya meyilli şəxslərə verilən son mesajdır. Azərbaycan hüquqi dövlətdir və bütün tədbirlər hüquqi çərçivədə həyata keçirilir. Qarşıdakı dövrdə daha dəqiq məlumatlar açıqlanacaq”, – deyə Hüseynov əlavə edib.

Seçilən
11
1
nocomment.az

2Mənbələr