Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləriVaşinqton Bəyannaməsinə dəstəklə bağlı birgə bəyanat qəbulediblər.
Trend bəyanatıtəqdim edir:
“Biz, Azərbaycandakı dini konfessiyaların rəhbərləri AzərbaycanPrezidenti İlham Əliyevin “Konstitusiya və Suverenlik ili” elanetdiyi 2025-ci ildə - Böyük Qarabağ Zəfərinin 5-ci ildönümüərəfəsində Azərbaycan xalqına yaşatdığı misilsiz qürur və sevincəgörə Azərbaycan din xadimlərinin və dindarlarının dərinminnətdarlığını ifadə etməkdən böyük şərəf duyuruq.
Müdrik dövlətçilik təfəkkürü və dəmir siyasi iradə iləAzərbaycanın ərazi bütövlüyünü və əzəli torpaqları üzərindəsuverenliyini tam bərpa etmiş Prezident İlham Əliyev beynəlxalqmüstəvidə qələbəmizi bütün dünya ictimaiyyətinə nümayiş etdirdi.2025-ci il avqustun 8-də ABŞ-nin Vaşinqton şəhərində AzərbaycanRespublikasının Prezidenti İlham Əliyev, Amerika BirləşmişŞtatlarının Prezidenti Donald Tramp və Ermənistan RespublikasınınBaş naziri Nikol Paşinyan arasında keçirilmiş Zirvə görüşününnəticələrini tarixi əhəmiyyətli nailiyyət kimi qəbul edir, müzəffəröndərimizin uğurlu dövlətçilik siyasətinin məntiqi nəticəsi olaraqdəyərləndiririk.
Azərbaycan Prezidenti İlham Əliyevin dünyanın lider ölkəsindəyüksək səviyyədə qəbulu zamanı imzalanmış sənədlərin dəyər vəmahiyyəti onların tarixi əhəmiyyətini müəyyən edir.
Ölkəmizə qarşı uzun illər ərzində qərəz nümunəsi olan 907-cidüzəlişin ABŞ Prezidenti Donald Tramp tərəfindən nümayişkəranəşəkildə ləğv edilməsi Azərbaycanın Prezident İlham Əliyevə olanehtiram və etimadın təcəssümü, Prezident İlham Əliyevin şəxsindəAzərbaycan dövlətinə edilən mühüm dəstək aktı oldu.
Bölgəmizdə yeni bir dövrün başlanğıcını qoyan Birgə Bəyannamətəkcə dövlətlərarası münasibətlərin normallaşmasının deyil, həm dəsülhün, sabitliyin və firavanlığın bərqərar olunmasının rəsmitəsdiqidir. ATƏT-in Minsk Qrupu və onunla bağlı strukturlarınfəaliyyətinə son qoyulması münaqişə səhifəsinin qapandığını vəbeynəlxalq hüquqa əsaslanan yeni reallıqların qəbul edildiyinigöstərir. Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsashissəsi arasında maneəsiz bağlantının təmin olunması və Ermənistanərazisindən keçəcək Zəngəzur dəhlizi – “Beynəlxalq Sülh və Rifahnaminə Tramp Marşrutu” layihəsinin reallaşdırılması, heç şübhəsiz,regionun iqtisadi inkişafı və xalqların rifahı üçün yeni imkanlaraçır. Cənubi Qafqazda sülhün, sabitliyin və mehriban qonşuluqmünasibətlərinin bərpa edilməsi üçün dönüş nöqtəsi olan bu tarixisənəd münaqişə səhifəsinin qapanmasını, revanşizm meyllərininistisna olunmasını və sülh yolunu təmin etməklə gələcək nəsillərüçün parlaq imkanlar açır. Beləliklə, Azərbaycan Prezidenti İlhamƏliyev Azərbaycan xalqına dünya miqyaslı daha bir Zəfər bəxş etdi,qlobal siyasi-diplomatik müstəvidə tarixi ədalətin bərpasına,suverenliyimizin ali məqamda təsdiqinə, ölkəmiz və bölgəmiz üçünyeni perspektivlərin açılmasına nail oldu.
Azərbaycandakı dini konfessiyaların rəhbərləri və dindarlarVaşinqton razılaşmalarını sülh diplomatiyasının və müdrikliderliyin təntənəsi kimi yüksək dəyərləndirir, bu yola öz dəstəkvə xeyir-dualarını verirlər. Milli-mənəvi və ümumbəşəri dəyərlərəehtiramı ilə seçilən, dünya müstəvisində ölkəmizə fəxarət yaşadanPrezident İlham Əliyevin sülh və tərəqqi yönündə səy və əməllərinə,Azərbaycan xalqı və dövləti naminə fədakar fəaliyyətinə UluRəbbimizdən rəvac diləyirik. Uca Yaradan xalqımızı, Vətənimizi,dövlətimizi və qalib Prezident İlham Əliyevi qorusun! Amin!”.
Bəyanat Azərbaycandakı dini konfessiyaların Məşvərət Şurasınınsentyabrın 24-də keçirilən iclasında qəbul edilib.