AZ

Türkiyə millisi dünya çempionatında mübarizəni dayandırıb

Polşanın kişilərdən ibarər voleybol yığması dünya çempionatının yarımfinalına yüksəlmək uğrunda 1/4 final matçında Türkiyə üzərində qələbə qazanıb.

İdman.biz bildirir ki, qarşılaşma 3-0 (25-15, 25-22, 25-19) hesabı ilə başa çatıb.

Polşanın növbəti rəqibi İtaliya olacaq. İtaliya yığması 1/4 finalda Belçikanı 3:0 hesabı ilə məğlub edib.

Yarımfinala digər vəsiqələr Çexiya-İran və ABŞ-Bolqarıstan oyunlarında müəyyən ediləcək.

2025-ci il kişilər arasında voleybol üzrə dünya çempionatı sentyabrın 12-dən 28-dək Filippində keçirilir. Titulun hazırkı sahibi İtaliyadır.

İdman.biz

İdman.biz

Seçilən
6
1
idman.biz

2Mənbələr