AZ

Qırğızıstanda 10 uşağı olan ailələrə 2 milyon veriləcək

Sherg.az saytına istinadən ain.az xəbər verir.

Bu gün Joqorku Keneş (parlament) “Qırğızıstanda dövlət pensiyaları haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsini üç oxunuşda qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin əmək, sosial təminat və miqrasiya nazirinin müavini Bakıt Darmankul Ulu məlumat verib.

Nazir müavini bildirib ki, 2024-cü ildə Prezident Sadır Japarov yüksək dağlıq bölgələrdə çoxuşaqlı ailələrə birdəfəlik müavinətlərin verilməsi haqqında fərman verib.

Onun sözlərinə görə, 2026-cı ildən başlayaraq çoxuşaqlı ailələrə aşağıdakı müavinətlər veriləcək:

Dördüncü uşaq üçün 100 min som;

Beşinci uşaq üçün 600 min som;

Altıncı uşaq üçün 800 min som;

Yeddinci uşaq üçün 1 milyon som;

Səkkizinci uşaq üçün 1,2 milyon som;

Doqquzuncu uşaq üçün 1,5 milyon som;

Onuncu uşaq üçün 2 milyon som.

“Bu vəsaitlər uşaq 1 yaşı tamam olandan sonra verilməyə başlayacaq. Bu məqsədlə ilk ödənişlər üçün 6 milyard 615 milyon som ayrılıb”, - Darmankul qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
5
sherg.az

6Mənbələr