Bakı. Trend:
Gürcüstan Respublikasının Milli Bankının (GMB) nümayəndə heyətiAzərbaycan Respublikasının Mərkəzi Bankına (AMB) təcrübə mübadiləsiməqsədilə səfər edib.
Bu barədə TrendAMB-yə istinadən xəbər verir.
Səfərin əsas məqsədi ikitərəfli texniki əməkdaşlıq çərçivəsindəölkələrin maliyyə sahəsində tənzimləyici qurumları arasında peşəkardialoqun genişləndirilməsindən ibarət olub. Görüş zamanı GMBnümayəndə heyəti beynəlxalq maliyyə təşkilatları tərəfindənburaxılan istiqrazların qeydiyyatı və emissiyasının tənzimlənməçərçivəsi, həmçinin qiymətli kağızların ticarəti, depozitar vəticarətsonrası sistemin fəaliyyəti və digər mühüm mövzular üzrətəmsil etdikləri qurumun təcrübəsini bölüşüb. Bundan əlavə,beynəlxalq maliyyə təşkilatları tərəfindən yerli valyutadaburaxılan istiqrazların daxili maliyyə bazarları üçün potensialəhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, bu səfər cari ilin mart ayında AMB ilə GMB arasındaimzalanmış Anlaşma Memorandumu çərçivəsində təşkil olunub.Memorandumun məqsədi pul siyasəti, maliyyə sabitliyi siyasəti, banknəzarəti, ödəniş sistemləri, eləcə də maliyyə texnologiyalarısahəsində əməkdaşlığın genişləndirilməsindən ibarətdir. Memorandumçərçivəsində təcrübə və məlumat mübadiləsinin aparılması, təlim vəbirgə seminarların keçirilməsi, texniki məsləhətlərin verilməsiməqsədilə araşdırma və tədqiqat xarakterli səfərlərin təşkili dənəzərdə tutulub.