İran Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami, İsrail və ABŞ hücumlarında zərər görən nüvə obyektlərinin yenidən qurulacağını açıqlayıb.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, o bildirib ki, "hədəf alınan obyektlər beynəlxalq təzyiqlərə və İsrailin yeni hücum ehtimalına baxmayaraq bərpa ediləcək".
İslami vurğulayıb ki, yüksək zənginləşdirilmiş uran silah məqsədli deyil: "Bizə dəqiq ölçüm cihazları üçün bu lazımdır. Uzun illərdir embarqo altındayıq. Heç kim bizə bu məhsulları satmır".
O, ABŞ-ni də sərt tənqid edib: "Onlar inqilabın əvvəlindən İrana zərbələr endiriblər. Danışıqlar gedərkən belə hərbi hücumlar etdilər. Belə düşmənlə danışmağın mənası yoxdur".