İmişli rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.
18 nəfər zəhərlənmə diaqnozu ilə İmişli rayon xəstəxanasına yerləşdirlib. Onlardan 4-nün azyaşlı olduğu bildirilir.
Ürəkbulanma, qızdırma və ishal şikayətləri ilə xəstəxanaya müraciət edənlərin hamısı ötən gün rayonun Muradxanlı kəndində keçirilən toy mərasimində iştirak ediblər.
APA
Tarix: 24 Sentyabr 2025, 17:46