AZ

Zelenski BMT də danışır: Dostlar və silahlardan başqa təhlükəsizlik zəmanəti yoxdur

Sherg.az saytından alınan məlumata görə, ain.az bildirir.

Ukrayna Prezidenti Volodimir Zelenski BMT Zirvəsində çıxış edir. 

Sherg.az xəbər verir ki, Zelenski belə deyib:

“Əgər sülh istəyirsinizsə, silahlar üzərində işləməlisiniz. Bu xəstə bir təfəkkür ola bilər, amma təəssüf ki, başqa yolu yoxdur.

Beynəlxalq hüquq, güclü dostlarınız yoxdursa, işləməz. Bu müharibəni Ukrayna seçmədi.

Dostlar və silahlardan başqa təhlükəsizlik zəmanəti yoxdur. Silahlar kimin sağ qalacağını müəyyən edir.

Rusiya minlərlə ukraynalı uşağı qaçırıb, bəzilərini geri qaytara bildik.

İsrailli girovlar hələ də buraxılmayıb.

Qıtlığın silah kimi istifadəsinə dair heç bir cavab alınmayıb.

Bir neçə gün əvvəl Avropadakı hava limanları dronlar səbəbindən bağlanıb.

Dünya özünü qorumaq üçün çox yavaş hərəkət edir, amma silahlar inkişaf edir. Tezliklə dronlar dronlarla mübarizə aparacaq. İnsan müdaxiləsi olmadan insanlar öləcək. Biz süni intellektin mövcudluğu səbəbindən ən dağıdıcı silahlanma yarışının içindəyik.

Silahları nəzarət altında saxlamaq üçün süni intellektin istifadəsini tənzimləyən qaydalara ehtiyacımız var.”

(Zelenskinin çıxışının daha ətraflı detalları olacaq).

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
sherg.az

2Mənbələr