AZ

Gənclər Naxçıvan şəhərində yerləşən hərbi hissədə olublar

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Naxçıvan, 24 sentyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar gənclərin vətənpərvər ruhda tərbiyəsinə xidmət edən tədbirlərin təşkili davam etdirilir.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, sentytabrın 24-də bir qrup gəncin iştirakı ilə Naxçıvanda yerləşən hərbi hissələrdən birinə səfər təşkil olunub. Nazirliyin əməkdaşı Valeh Mahmudov və hərbi hissənin zabiti Sərxan İmanov gənclərin vətənpərvərlik tərbiyəsinin vacibliyi, hərbi biliklərə və bacarıqlara yiyələnməsinin əhəmiyyəti barədə danışıblar. Proqram və təhlükəsizlik tələbləri ilə bağlı məlumatlar diqqətə çatdırılıb.

Hərbi hissə ilə tanışlıq çərçivəsində gənclər əvvəlcə odlu silahların texniki xüsusiyyətləri və istifadəsi ilə bağlı bilgilərin verildiyi təlim nöqtələrində olub, o cümlədən praktik tapşırıqları icra ediblər. Gənclər əsgər yataqxanasında yaradılan şəraitlə də yaxından tanış olublar. Gənc əsgərlərin əlbəyaxa döyüş elementləri ilə zəngin nümunəvi çıxışı iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.

Sonra iştirakçılar üçün əsgər yeməkxanasında nahar təşkil olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
azertag.az

1Mənbələr