ain.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.
ABŞ heç bir halda öz qoşunlarını Ukraynadakı münaqişəyə yerləşdirməyəcək.
"Unikal" xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent "Fox News" telekanalında bildirib.
Onun sözlərinə görə, Rusiya tərəfi NATO sərhədlərini işğal etməyə başlayıb.
"Ona görə də mən bir şeyi deyə bilərəm: Birləşmiş Ştatlar heç bir hərbi əməliyyata və ya başqa vəziyyətə müdaxilə etmək niyyətində deyil”, - deyə o bildirib.
Bessent əlavə edib ki, Amerika tərəfi silah satacaq, Avropa ölkələrinin nümayəndələri isə onları Ukraynaya təhvil verəcək.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.