AZ

TikTokda canlı yayımda anası tərəfindən zorakılığa məruz qalan azyaşlı dövlət uşaq müəssisəsinə yerləşdirilib

Bakı. Trend:

TikTokda canlı yayımda anası tərəfindən zorakılığa məruz qalanazyaşlı dövlət uşaq müəssisəsinə yerləşdirilib.

Trend xəbər verir ki, bu sözləri Ailə,Qadın vəUşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi TeymurMərdanoğlu öz sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, Tərtər rayonunda qeydiyyatda olan, Bərdə rayonsakini 24 yaşlı qadının “Tiktok” sosial media hesabında canlı yayımaçaraq, 7 yaşlı övladının sağlamlığına, mənəviyyatına zərbəvurması, qeyri-etik ifadələr işlətməsi, azyaşlının yanında zərərlivərdişlərdən istifadə etməsi ilə bağlı videogörüntü öz əksinitapmışdır.

"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindənaidiyyəti qurumlarla birlikdə dərhal araşdırma başlanılmışdır.Hüquq-mühafizə orqanları tərəfindən azyaşlının anası Polisİdarəsinə aparılmış, protokol tərtib edilərək qərar verilməsiməqsədilə məhkəməyə göndərilmişdir, uşaq isə sağlamlığınınyoxlanılması ilə bağlı xəstəxanaya yerləşdirilmişdir. Hazırda,yerli icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan RespublikasınınAilə Məcəlləsinin 68-ci maddəsinə əsasən, ananın valideynlikhüquqlarının məhdudlaşdırılması ilə bağlı məsələ qaldırılmışdır.Eyni zamanda, azyaşlının müvafiq uşaq müəssisəsinə yerləşdirilməsidə təmin olunub",- deyə o əlavə edib.

Seçilən
8
19
az.trend.az

10Mənbələr