AZ

Mahir Emreli niyə oynamır? - Səbəbi bəlli oldu

Azərbaycan millisinin hücumçusu Mahir Emreli “Kayzerslautern”də əsas heyətə düşməkdə çətinlik çəkir.

İdman.biz xəbər verir ki, komandanın baş məşqçisi Torsten Liberknext futbolçunun meydana çıxmaması ilə bağlı açıqlama verib:

“Mən həmişə yaxşı oyunu mükafatlandırmağa çalışıram. Hazırda Mahirin əsas heyətdə olmağı vacib deyil. Komanda müəyyən dinamika tutub. Belə hallarda futbolçu bir qədər arxa planda qalmalı və heyətə qayıtmaq üçün daha çox çalışmalıdır”.

Almaniya mətbuatı isə yazır ki, Mahir oxşar problemləri daha əvvəl “Nürnberq”də də yaşamışdı.

Qeyd edək ki, “Kayzerslautern” hazırda 12 xalla 2-ci Bundesliqada 2-ci pillədə qərarlaşıb və liderdən cəmi 1 xal geri qalır.

İdman.biz

Seçilən
3
idman.biz

1Mənbələr