AZ

Snoop Dogg  konserti üçün elə tələblər qoydu ki...

11 nəfər ingilis dilində danışa bilən təhlükəsizlik işçisi eyni geyimlərlə səhnəni, kulisi və dayanacağı 24 saat müşahidə etməlidir

 Dünyaca məşhur repçi Snoop Doggun konsert üçün istəkləri böyük səs-küy yaradıb.  2 milyon dollarlıq ödəniş, PlayStation 1-dən barbekü süfrəsinə, 11 nəfərlik xüsusi təhlükəsizlikdən foto çəkmə qadağasına qədər uzanan şərtlər hər kəsi təəccübləndirib.

Sherg.az xəbər verir ki, Snoop Dogg Rusiyaya yalnız xüsusi premium jetlə gəlməli olduğunu şərt kimi qoyub. Konsert zamanı şəkil çəkmək qəti qadağandır; bütün qonaqlar gizlilik müqaviləsi imzalamalıdır. Rapçi üçün isə 5 ulduzlu oteldən aşağı heç bir yer qəbul edilmir.

Sənətçinın kulis tələbləri arasında nostalji elementlər də var. Snoop Dogg PlayStation 1 ilə birlikdə Madden 99, NBA Live 99, NCAA College 99 və Triple Play 99 kimi klassik idman oyunlarını tələb edib. Dörd ədəd joystick və böyük ekran da siyahıya daxildir.

Snoop Dogg və heyəti üçün hazırlanan 16 nəfərlik masada qızardılmış toyuq, barbekü, İtalyan və Meksika mətbəxi, biftek, sobada və ya qızardılmış balıq, tərəvəzli kəri yeməkləri olmalıdır. Ancaq tələblər yeməklə bitmir: plastik və kağız boşqab qəti qadağandır, masa mütləq parça örtük və bez salfetlərlə bəzədilməlidir.
Konsertdə təhlükəsizlik də menyu qədər ciddi tələb olunur. 11 nəfər İngilis dilində danışa bilən təhlükəsizlik işçisi eyni geyimlərlə səhnəni, kulisi və dayanacağı 24 saat müşahidə etməlidir. Hər hansı təhlükə baş verərsə, konsert dərhal ləğv ediləcək.

Seçilən
8
1
sherg.az

2Mənbələr