AZ

Gəncədə III MDB Oyunlarına dəstək məqsədi ilə şahmat yarışı keçiriləcək

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Gəncə şəhər İcra Hakimiyyəti və AŞF-nin birgə təşkilatçılığıyla ölkəmizin ev sahibliyi edəcəyi III MDB Oyunlarına dəstək məqsədi ilə yarış keçiriləcək.

İdman.biz xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyasının (AŞF) mətbuat xidməti məlumat yayıb.

Heydər Əliyev parkında təşkil olunacaq yarışda Nizami yurdunun şahmat ulduzları yoldaşlıq matçı və seansda iştirak edəcək. "Gəncənin şahmat ulduzları" adlanan yoldaşlıq matçında Avropa çempionatının ilk azərbaycanlı qalibi Ülviyyə Fətəliyeva, yeniyetmələr arasında dünya və Avropa çempionu İlahə Qədimova, Azərbaycan yığmasının heyətində üçqat Avropa çempionu Qədir Hüseynov və Azərbaycan çempionu (2012-ci il) Vüqar Rəsulov çıxış edəcək.

"Gəncənin şahmat ulduzları" adlanan yoldaşlıq matçında şahmatçılar duet şəklində mübarizə aparacaq. Hər komandada iki nəfət təmsil olunacaq. Yoldaşlıq matçında sonra isə şahmat ulduzları Gəncənin istedadlı yeniyetmə və gənclərinə seans keçirəcək.

İdman.biz

Seçilən
16
10
idman.biz

10Mənbələr