AZ

İran geri çəkilmir - Nüvə obyektinə keçid

İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami bildirib ki, İsrail və ABŞ-nin hücumları nəticəsində zədələnmiş nüvə obyektləri yenidən inşa olunacaq.

Missiya.Az xəbər verir ki, bu barədə İslami jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, beynəlxalq təzyiqlərə və İsrailin mümkün hücum təhlükəsinə baxmayaraq, hədəfə alınan obyektlərin bərpası nəzərdə tutulur:

“Hədəf edilən nüvə obyektləri yenidən tikiləcək. Yüksək zənginləşdirmə səviyyələri silah istehsalı məqsədi daşımır. Bu, bizim həssas ölçmə alətlərimiz üçün tələb olunur. İllərdir embarqo altındayıq və bu məhsulları bizə heç kim satmır”, – deyə o bildirib.

Məhəmməd İslami həmçinin ABŞ-nin İran xalqına qarşı atdığı addımları tənqid edib:

“Onlarla danışmağa ehtiyac yoxdur. ABŞ İslam İnqilabından bəri İrana qarşı ardıcıl zərbələr endirib. Son vaxtlar isə hərbi hücumlara başlayıb. Danışıqlar aparıldığı bir vaxtda belə, hərbi əməliyyatlar həyata keçirirlər. Bu, hətta düşmən anlayışına belə sığmır”, – deyə İran rəsmisi əlavə edib.

Seyranə Quliyeva Missiya.Az

Seçilən
18
1
missiya.az

2Mənbələr