AZ

Almaniya kansleri: Çətin dövr gəlir

Hurriyyet saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Hurriyyet.az xəbər verir ki, Almaniya kansleri Fridrix Merts qlobal böhranlar və qeyri-sabitliyin artması fonunda ölkənin ən yeni tarixinin ən ağır mərhələlərdən birini yaşadıqlarını bəyan edib. Bu barədə o, çərşənbə günü Bundestaqın 2026-cü il büdcə layihəsinin müzakirələrindəki çıxışı zamanı açıqlama verib. Həmin sənəddə müdafiəyə rekord xərclər ayrılması nəzərdə tutulub.

Mertsin sözlərinə görə, gərgin beynəlxalq vəziyyət və ticarət mübahisələri Qərb ictimaiyyətinin dəyərlərinin möhkəmliyini təhdid altında qoyur. Kansler qeyd edib ki, təhlükəsizlik sahəsində qeyri-sabitlik birbaşa Almaniya iqtisadiyyatına təsir göstərəcək, Almaniya iqtisadiyyatı beynəlxalq bazarlardan və qaydalara əsaslanan dünya sistemindən asılıdır.

Almaniya hökumətinin başçısı deyib: "Yalnız artıma istiqamətlənmiş iqtisadiyyat infrastruktura investisiyalar üçün respursları, həmrəylik təzahürünü və uzunmüddətli sosial sabitliyi təmin etməyə qabildir".

Hürr Tərcüman

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
41
1
hurriyyet.az

2Mənbələr