Rusiyanın Uzaq Şərqində gömrükçülər Çindən gələn yük maşınlarında 3 000-ə yaxın dron və onların komponentlərini aşkar ediblər.
Bu barədə Rusiya Federal Gömrük Xidmətinin "Telegram" kanalında məlumat yayılıb.
Tapıntılar arasında iki təyyarə tipli PUA, 2 672 kvadrokopter və 200-dən çox komponent olub. PUA-ların bəziləri müşahidə kameraları, termal kamera və yükburaxma cihazları ilə təchiz edilib.
Yük maşını Çindən Rusiya şirkətinə gedirmiş və digər malların arasında gizlədilən yük oyuncaq və istehlak malları kimi sənədləşdirilib.
Bəyan olunmayan mallarla bağlı cinayət işi açılıb.


