AZ

Paytaxtda ictimai iaşə dövriyyəsi 15 % dən çox artıb

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Bu ilin yanvar-avqust aylarında Bakıda ictimai iaşə dövriyyəsinin həcmi 1 milyard 176 milyon manat olub.

Bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, bu, 2024-cü ilin ilk 8 ayı ilə müqayisədə real ifadədə 15,4 % çoxdur.

Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 670,4 milyon manat olub. Bu, ümumi dövriyyənin 57 %-ini təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 14 % artaraq 1 milyard 751 milyon manat olub.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
4
cebheinfo.az

10Mənbələr