AZ

ADU-da V Beynəlxalq Dil və Tərcüməşünaslıq Konfransının açılış mərasimindən FOTOLAR

Sentyabrın 24-də Azərbaycan  Dillər Universitetinin (ADU) Türkiyənin Səlcuq Universiteti ilə birlikdə təşkil etdiyi V Beynəlxalq Dil və Tərcüməşünaslıq Konfransının açılış mərasimi olub. Öncə ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub. Konfransın açıq elan olunmasından sonra Türkiyə və Azərbaycan respublikalarının Dövlət Himni səsləndirilib.

 

Manset.az xəbər verir ki, tədbirin giriş sözü ilə açan Elm və innovasiya məsələləri üzrə prorektor, professor Həmidə Əliyeva konfrans iştirakçılarını salamlayıb, konfransın əhəmiyyətindən söz açıb. Qeyd olunub ki, konfransda dünyanın 14 ölkəsinin - Azərbaycan, ABŞ, Almaniya, Birləşmiş Ərəb Əmirliyi, Çexiya, Əlcəzair, Fransa, Gürcüstan, İtaliya, Qazaxıstan, Polşa, Rusiya, Türkiyə və Yunanıstanın 102 universitetindən 234 elm adamı iştirak edir.

Türkiyənin Səlcuq Universitetinin prorektoru, professor Haldun Soydalın videotəbriki nümayiş olunub. Daha sonra çıxış edənlər Səlcuq Universitetinin Mütərcim və tərcümanlıq bölümünün başqanı, konfransın təşkilat komitəsinin sədri Professor Onur Köksal, Azərbaycan Dillər Universitetinin  German dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının professoru Qılıncxan Bayramov, Azərbaycan Dillər Universitetinin Beynəlxalq  əlaqələr üzrə prorektoru dosent Jalə Qəribova, Səlcuq Universitetinin Mütərcim və tərcümanlıq bölümünün müəllimi Rövşən Ramizoğlu konfransla bağlı fikirlərini bölüşüblər.

Qeyd olunub ki, Azərbaycan Dillər Universitetində keçirilən V Beynəlxalq dil və Tərcüməşünaslıq konfransına maraq böyükdür. Dünyanın bir sıra xarici universitetlərindən olan nümayəndələr konfransda iştirak edərək, tərcümə və dil sahəsində bilik və bacarıqlarını nümayiş etdirirlər.

Konfrans bölmə iclasları davam edib.

Seçilən
4
2
manset.az

3Mənbələr