AZ

Qaradağda şəhid adını daşıyan küçəsnin sakinləri etiraz edirlər- Video

Qaradağ rayonu, Sahil qəsəbəsində şəhid Emin Quliyev adına olan küçənin sakinləri etiraz edir.
Tribunainfo.az xəbər verir ki, sakinlər yol şəraitindən narazıdırlar. Sakinlərin sözlərinə görə, su borularının dəyişdirilməsi üçün asvalt örtüyü qazılıb lakin, təmir işləri yarımçıq saxlanılıb.

Vətəndaşların iddiasına görə, bir neçə boru dəyişdirildikdən sonra qalan hissələr basdırılmayıb. Bu problem həm sakinlərin, həm də avtomobillərin gündəlik gediş-gəlişinə çətinliklər yaradır.

Sakinlər aidiyyəti qurumlara müraciət etsələr də problem həllini tapmayıb.

Vətəndaşlar Qaradağ Sahil qəsəbəsi Bələdiyyəsi və İcra Hakimiyyətinin məsələyə əncam çəkməsini tələb edir.

Görüntüləri təqdim edirik:

Dəniz Pənahova

Seçilən
11
1
tribunainfo.az

2Mənbələr