AZ

Azərbaycan Zərgərlər Assosiasiyası: "Qızılın bir unsiyası 4 000 dollara qədər bahalaşa bilər"

Yaxın aylarda dünya bazarında qızılın bir unsiyasının qiymətinin 4000 ABŞ dolları həddinə yüksəlməsi mümkündür.

Bunu  açıqlamasında "Azərbaycan Zərgərlər Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədr müavini Rövşən Əmircanov bildirib.

Onun sözlərinə görə, hazırda əmtəə birjalarında qiymətli metallar kəskin bahalaşma nümayiş etdirir: "Qızılın qiyməti tarixi maksimuma çataraq 3 800 ABŞ dollarına yaxınlaşıb. Bu, ABŞ Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini endirməsi fonunda baş verib. Faizlərin azalması investorları riskli aktivlərdən uzaqlaşdırır, qızıl kimi etibarlı sərmayələrə yönəldir. Qiymət artımının əsas səbəbləri kimi mərkəzi bankların qızıl ehtiyatlarını artırması, qlobal geosiyasi risklərin davam etməsi, ABŞ dollarının qeyri-sabitliyi, faiz siyasətinə dair gözləntilər və inflyasiya amilləri xüsusi rol oynayır".

Sədr müavini deyib ki, yaxın aylarda qızılın qiymətinin 3 800 ABŞ dolları keçərək 3 900–4 000 ABŞ dolları həddinə yüksəlməsi mümkündür: "Bununla yanaşı, ABŞ dollarının möhkəmlənməsi, inflyasiyanın və geosiyasi gərginliklərin azalması qısa müddətdə müəyyən korreksiya yarada bilər. Orta və uzunmüddətli perspektivdə isə qiymətlərin artım meylini qoruyacağı proqnozlaşdırılır".

İş elanları AzVak.az-da

© "Report"

qızıl qiymət dünya bazarı unsiya 4000 dollar Azərbaycan Zərgərlər Assosiasiyası Rövşən Əmircanov qiymətli metallar bahalaşma tarixi maksimum 3800 dollar ABŞ Federal Ehtiyat Sistemi FED uçot dərəcəsi faiz investor riskli aktivlər sərmayə mərkəzi banklar qızıl ehtiyatı geosiyasi risklər ABŞ dolları qeyri-sabitlik inflyasiya proqnoz korreksiya orta müddət uzun müddət artım meyli.
Seçilən
1
1
marja.az

2Mənbələr