AZ

Özbəkistana səfər edən azərbaycanlıların sayında kəskin artım müşahidə olunub

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Cari ilin avqust ayının əvvəlinə qədər 11.4 mindən çox Azərbaycan vətəndaşı Özbəkistana turizm məqsədilə səfər edib.
Oxu.Az-ın məlumatına görə, bu barədə Özbəkistanın Milli Statistika Komitəsi xəbər verib.
Bildirilir ki, ötən illə müqayisədə turist axını 1.8 min nəfər artıb.
Azərbaycanlı qonaqların əksəriyyəti - 6.9 min nəfərdən çoxu ölkəyə məhz turizm məqsədilə gəlib. Bundan əlavə, 3.5 min nəfər qohum ziyarəti, 892 nəfər iş səfəri, altı nəfər isə təhsil məqsədilə Özbəkistanı ziyarət edib.
Mənbədən, həmçinin bildirilir ki, bu payız Özbəkistan sakinləri Türkiyə, Qazaxıstan və Çinlə yanaşı, Azərbaycana da bilet axtarışları həyata keçiriblər.
Seçilən
12
oxu.az

1Mənbələr