AZ

QHT xaricdə yaşayan soydaşlarımız üçün “Ana dili – Azərbaycan məktəbi” layihəsi üzrə onlayn dərslərə start verib - FOTO » AzadMedia.az



Azərbaycan Gənc Müəllimlər Assosiasiyası xaricdə yaşayan soydaşlarımız üçün “Ana dili – Azərbaycan məktəbi” layihəsi üzrə onlayn dərslərə start verib.

QHT.az xəbər verir ki, layihənin əsas məqsədi soydaşlarımızın ana dilini öyrənməsi, Azərbaycan mədəniyyətinə və adət-ənənələrinə daha sıx bağlı olmalarına dəstək göstərməkdir.

Onlayn dərslər çərçivəsində şagirdlər:

Azərbaycan dilində oxuma və yazma bacarıqlarına yiyələnirlər;

Rəngarəng interaktiv məşğələlərdə iştirak edirlər;

Milli dəyərlərimizi yaxından öyrənirlər.

Layihə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.
Seçilən
12
5
azadmedia.az

6Mənbələr