AZ

Rusiyadan müharibə mesajı: Bu ölkələr hərbi qarşıdurmaya cəlb olunurlar

BAKI, 24 sentyabr. TELEQRAF

“NATO-nun Şərq cinahı “Şərq cəbhəsi”nə çevrilir və alyans Rusiya ilə birbaşa hərbi qarşıdurmaya gedir”.

Teleqraf xəbər verir ki, bu sözləri Rusiya nümayəndə heyətinin rəhbəri Yuliya Jdanova ATƏT Daimi Şurasının plenar iclasında deyib.

“Ukrayna böhranı zamanı müttəfiq ölkələrin son dərəcə düşmən hərəkətləri sübut edir ki, onlar artıq Rusiya ilə birbaşa hərbi qarşıdurmaya cəlb olunurlar və NATO-nun Şərq cinahı (Şərqi Avropa) mahiyyətcə “Şərq cəbhəsi”nə çevrilir. NATO və onun üzv ölkələrinin Rusiya sərhədləri yaxınlığında - Baltik və Qara dəniz regionlarında, eləcə də Arktikada təhlükəli hərbi insidentlər riski daşıyan hava fəaliyyətinin artdığını görürük”, - Jdanova qeyd edib.

Seçilən
26
teleqraf.com

1Mənbələr