Beynəlxalq Xizək Federasiyasının (ISU) prezidenti Kim Jae-Yeol Azərbaycan tərəfindən təşkil olunan fiqurlu konkisürmə üzrə yeniyetmələr Qran-prisini yüksək qiymətləndirib.
İdman.biz-in məlumatına görə, o bildirib ki, Azərbaycan yarışları yüksək səviyyədə təşkil edib.
Federasiya rəhbəri vurğulayıb ki, ölkəmiz böyük təşkilatçılıq qabiliyyətinə malikdir: “Bu, Bakıya ikinci gəlişimdir. Belə gözəl və müasir şəhərdə olmaqdan çox məmnunam və inanıram ki, Qran-pri uğurla başa çatacaq”.
Qeyd edək ki, Bakıda təşkil olunan turnirdə 38 ölkədən 92 idmançı mübarizə aparır.