AZ

Gəncədə III MDB Oyunlarına dəstək məqsədi ilə şahmat yarışı keçiriləcək

Tribuna saytından verilən məlumata görə, ain.az xəbər verir.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Gəncə şəhər İcra Hakimiyyəti və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığıyla ölkəmizin ev sahibliyi edəcəyi III MDB Oyunlarına dəstək məqsədi ilə yarış keçiriləcək.

Tribunainfo.az xəbər verir ki, sentyabrın 25-də Gəncədəki Heydər Əliyev parkında Nizami yurdunun şahmat ulduzları yoldaşlıq matçı və seansda iştirak edəcək. “Gəncənin şahmat ulduzları” adlanan yoldaşlıq matçında şəxsi Avropa çempionatının ilk azərbaycanlı qalibi Ülviyyə Fətəliyeva, yeniyetmələr arasında dünya və Avropa çempionu İlahə Qədimova, Azərbaycan yığmasının heyətində üçqat Avropa çempionu Qədir Hüseynov və Azərbaycan çempionu (2012-ci il) Vüqar Rəsulov çıxış edəcək.

“Gəncənin şahmat ulduzları” adlanan yoldaşlıq matçında şahmatçılar duet şəklində mübarizə aparacaq. Hər komandada iki nəfət təmsil olunacaq. Yoldaşlıq matçında sonra isə şahmat ulduzları Gəncənin istedadlı yeniyetmə və gənclərinə seans keçirəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
4
10
tribunainfo.az

10Mənbələr