ain.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Tramp, Azərbaycanın Prezidenti İlham Əliyevi "Abraham sazişi”nə yenidən baxmağa dəvət edib. Trampın bu çağırışı iki ölkə arasındakı diplomatik və regional əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan addım kimi qiymətləndirilir.
"Orta Doğu" Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan AZXEBER.COM-a açıqlamasında bildirib ki, "Abraham sazişi” ABŞ prezidenti Donald Trampın təşəbbüsüdür:
"Bu layihəyə artıq bir sıra ərəb ölkələri qoşulub və sənəd regional təhlükəsizliyi hədəfləyir. Azərbaycanın isə indiki şəraitdə bu layihəyə qoşulma ehtimalı az görünür. Çünki Azərbaycanın hazırda təhlükəsizliyinə ciddi təhdid yaradan ölkə yoxdur. Azərbaycan həm qonşu dövlətlərlə, həm də "Abraham zazişi”nə üzv ölkələrlə, o cümlədən ABŞ və İsraillə ikitərəfli əməkdaşlığa dair müxtəlif sənədlər imzalayıb. Azərbaycan bu istiqamətdə fəaliyyətlərini davam etdirir. Gələcəkdə Azərbaycanın sözügedən sazişə üzv ölkələrlə əməkdaşlığı daha da inkişaf etdirməsi, hətta layihədə müşahidəçi və ya assosiativ üzv kimi iştirak etməsi istisna edilmir”.
Şahanə Ziyad
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.