AZ

Nazir: Azərbaycanın ilk dəfə fiqurlu konkisürmə üzrə Qran-Priyə ev sahibliyi etməsi idmanımızın uğurudur

Bakı, 24 sentyabr, AZƏRTAC

Ölkəmizin ilk dəfə konkisürmə üzrə belə yarışa ev sahibliyi etməsi sevindiricidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov Bakıda yeniyetmələr arasında keçirilən fiqurlu konkisürmə üzrə Qran-Prinin açılış mərasimindən sonra deyib.

O bildirib ki, bu, Azərbaycan idmanının uğurudur: “Nəinki, paytaxtda, regionlarımızda da qış idman növləri üzrə beynəlxalq yarışlar təşkil edirik. İnanıram ki, növbəti illərdə də ölkəmiz nüfuzlu turnirləri qəbul edəcək”.

Qeyd edək ki, turnirdə 38 ölkədən 92 idmançı iştirak edir.

 

Seçilən
32
2
azertag.az

3Mənbələr