AZ

DİQQƏT! "TikTok" uşaqların məlumatlarını toplayıb nə edir?

Kanada hökuməti "TikTok"-la bağlı apardığı araşdırmanın hesabatında, TikTok-da yaradılan çoxsaylı uşaq hesablarından həssas şəxsi məlumatların toplandığını iddia edir.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Kanadada aparılan araşdırma, ölkədə yüz minlərlə azyaşlı istifadəçisi olan sosial media platforması olan TikTok-da yaş məhdudiyyəti ilə bağlı qeyri-adekvat tədbirlər gördüyünü və çoxlu sayda uşaqdan həssas şəxsi məlumat topladığını müəyyən edib.

Kanada hökuməti, məlumat təhlükəsizliyi ilə bağlı narahatlıqlar səbəbiylə ABŞ-da bir müddətdir ələ keçirilməsi və ya bağlanması gündəmdə olan TikTok ilə bağlı araşdırması ilə bağlı hesabat yayıb.

Hesabatda TikTok-un istifadəçiyə məxsus məzmun və reklamları müəyyən etmək üçün şəxsi məlumatları necə topladığı və istifadə etdiyi ilə bağlı Kanada məxfilik qanunlarına uyğunluğunu araşdırdığı bildirildi.

Hesabatda yüz minlərlə Kanada vətəndaşının, o cümlədən yetkinlik yaşına çatmayanların bu sosial media platformasından istifadə etdiyi vurğulanıb və TikTok-un bir çox ştatın 13 yaşdan kiçiklərə tətbiq etdiyi giriş qadağasını tətbiq etmək üçün kifayət qədər tədbirlər görmədiyi bildirilib.

Seçilən
32
manset.az

1Mənbələr